Rusiya və S.Ərəbistanı hasilatın azaldılması ilə bağlı anlaşdı

Neft buruğu

Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.

Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edildiyi deyilir.

Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.

Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.