29 C
Baku
Thursday, July 18, 2024

Rusiya və Türkiyə ticarət məhdudiyyətlərini ləğv etdi

Banker.az saytı Tass agentliyinə istinadən xəbər verir ki, Rusiya və Türkiyə 22 may, yəni bazar ertəsi ticarət məhdudiyyətlərinin qarşılıqlı aradan götürülməsi ilə bağlı bəyannamə imzalayıb.

Bəyannaməni hər iki tərəfin baş nazirinin müavinləri Arkadiy Dvorkoviç və Mehmet Şimşek imzalayıb. Bundan əlavə, İstanbulda baş tutan mərasimdə Rusiya baş naziri Dmitriy Medvedyev və Türkiyə baş anziri Binəli Yıldırım da iştirak edib.

Qeyd edək ki, Türkiyə 4 may tarixində Rusiyadan buğda idxalına qoyulan məhdudiyyətləri ləğv etmişdi. Bundan bir gün əvvəl isə, hər iki ölkə prezidenti Moskvada keçirilən görüş zamanı iki ölkə arasında təyin edilmiş iqtisadi məhdudiyyətlərin aradan götürülməsi barədə razılığa gəlmişdi. Lakin bununla belə, Rusiyaya pomidor gətirilməsi ilə bağlı məhdudiyyət qüvvədə saxlanıldı.

Son xəbərlər
Digər xəbərlər