15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Rusiya vətəndaşları kütləvi şəkildə xarici valyuta almağa başlayıblar

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya vətəndaşları ABŞ dolları və avronun məzənnəsinin artmasından sonra kütləvi şəkildə xarici valyuta almağa başlayıblar.

Rusiya mətbuatına istinadən, valyutaya tələbat tətil mövsümündəkindən belə çox olub.

Rusiya “Binbank”ının konvertasiya əməliyyatları üzrə mərkəzinin direktoru Stanislav Makarov bildirib ki, iyulda gündəlik nağd mübadilə iyunla müqayisədə təxminən 10% artıb.

“Rusiya standartı” bankından isə deyiblər ki, valyuta tələbatın həcmi mövsümi amillərdən asılıdır: “Yayda məzuniyyətlər çoxalır və nəticədə vətəndaşların valyuta alışında fəallıq müşahidə olunur”.

Ekspertlər dollar və avro almağa marağın da artacağını və ilin sonuna qədər Amerika valyutasının məzənnəsinin 60-65 rubl, avronun məzənnəsinin isə 69-73 rubl olacağını proqnozlaşdırırlar.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər