27 C
Baku
Tuesday, July 16, 2024

Rusiya vətəndaşlarına Gürcüstana giriş qadağan edilir

“Agentlik” xəbər agentliyinin bildirdiyinə görə, Rusiya vətəndaşlarına kütləvi şəkildə Gürcüstana giriş qadağan edilməyə başlayıb.

“Agentlik” Cənubi Qafqazdakı “Azad Rusiya Fondu”nun direktoru Yeqor Kuroptevə istinadən bildirib ki, Gürcüstan bir neçə həftə əvvəl rusiyalılar üçün sərhəd nəzarətini gücləndirib və hazırda hər gün onlarla insanın ölkəyə girişi qadağan edilib.

“Nə iş, nə Gürcüstanda yaşamaq faktı, nə də kirayə mənzil müqaviləsinin olması nəzərə alınmır. Əgər yaşayış icazəsi yoxdursa, Rusiya vətəndaşlarının Gürcüstana girişinə başqa heç bir sənəd zəmanət vermir” – deyə, Kuroptev bildirib.

“Novosti-Georgia” informasiya portalının məlumatına görə, 2022-ci ilin mart-iyun aylarında Rusiya Federasiyasının 3036 vətəndaşına Gürcüstana giriş qadağan edilib. Gürcüstanın Daxili İşlər Nazirliyində imtinaların səbəbləri açıqlanmayıb.

Eyni zamanda İnformasiya Azadlığının İnkişafı İnstitutunun hesabatında deyilir ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstana turist kimi gələn hər altıncı Rusiya vətəndaşı bu ölkədə ən azı bir ay qalıb.

Rəsmi məlumatlara görə, bu ilin mart-iyun aylarında Gürcüstana 2777 rusiyalı daxil olub. Onlardan 42,5 min Rusiya vətəndaşı Gürcüstanda ən azı bir ay qalıb ki, bu da mart-iyun aylarında Gürcüstana gələn rusiyalıların 18%-ni təşkil edib.

Rusiyanın Trabzondakı Baş Konsulluğu qeyd edib ki, son vaxtlar ruslar və Türkiyədən olanlar üçün Gürcüstana girişdə imtina halları daha tez-tez baş verir. Baş konsulluğun dediyinə görə, imtinaların səbəbləri açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər