Rusiya və ABŞ mədəniyyət, elm və KİV sahəsində əməkdaşlığı dayandırır.
Banker.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyi mədəniyyət, elm, təhsil və KİV sahəsində əməkdaşlığa dair memorandumun ləğvi barədə ABŞ-ı xəbərdar edib:
“Bu memorandumun bundan sonra qorunub-saxlanması sadəcə olaraq mənasını itirib. Bildirişlə müvafiq nota iyunun 1-də Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyinə təqdim olunub”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.