Rusiya və Cənubi Koreya Uqandada atom elektrik stansiyası (AES) inşa edəcək.
Bu barədə Uqanda Prezidenti Yoveri Museveni G-25 “Afrika Qəhvə Zirvəsi”ndəki çıxışında bildirib.
O, Rusiya və Cənubi Koreya tərəfindən 15 min meqavatlıq iki AES-in inşa ediləcəyini diqqətə çatdıraraq layihənin xalqların sosial-iqtisadi inkişafı üçün enerji təhlükəsizliyinin təmini ilə bağlı mübarizə apardıqları kritik bir vaxta təsadüf etdiyini deyib.