Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında hesablamalarda milli valyutalardan – rubl və yuandan istifadəyə keçid barədə hökumətlərarası saziş imzalayıb.
Sənədə əsasən ödəmələri VTB (Rusiya) və Çin Ticarət Bankı həyata keçirəcək.
Bu saziş əvvəllər vergiqoymada fərq səbəbindən Rusiya biznesi ilə elə də həvəslə əməkdaşlıq etməyən Çin banklarına yaşıl işıq yandırmış olub. İndi isə razılaşma rubl və yuanla ticarət həcmini dəfələrlə artırmağa imkan verəcək.
Xatırladaq ki, İran da analoji addımı atmaq üçün bir neçə ölkə ilə bu sazişi bağlamaq istəyir və onlardan biri də Azərbaycandır.