Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev Çin Kommunist Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi ilə görüşüb.
Nanpinqdə baş tutan görüşdə tərəflər Rusiya Prezidenti Vladimir Putin və Çin Kommunist Partiyasının katibi Si Tsinpin arasındakı görüşdə əldə edilmiş razılaşmaların tətbiqini müzakirə ediblər.
“Çinlə strateji tərəfdaşlığın inkişafı Rusiya xarici siyasətinin qeyd-şərtsiz prioritetidir”, – deyə Rusiya TŞ-nin bəyanatında bildirilib.
Patruşev və Tseçi eyni zamanda Koreya yarımadası, Tayvan və Ukrayna ilə bağlı müzakirə apardığı qeyd olunub.
“Tərəflər birgə hərbi təlimlər və patrullarla hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin iki ölkənin Baş Qərargahları arasında kontaktların gücləndirilməsi barədə razılaşıblar”, – deyə bəyanatda bildirilib.