“Rusiya və Çin müstəqil maliyyə infrastrukturunu inkişaf etdirmək, iki dövlət arasında hesablaşmalarda rubl və yuanın istifadəsini artırmaq niyyətindədir”.
Banker.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Qərbin Rusiya Federasiyasına qarşı hibrid müharibəsi Rusiya-Çin əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar açır.