Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Szinpin arasında görüş olacaq.
TASS xəbər verir ki, məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb.
Görüş dekabrın 15-də videoformatda keçiriləcək.
Liderlərin ikitərəfli əlaqələrin genişləndirilməsini, beynəlxalq vəziyyətə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.