Rusiya və Çin “Mir” ödəniş sistemi üzrə əməkdaşlıq imkanlarını araşdırır. Bu barədə Çiinin Moskvadakı səfiri Çjan Xanhui ÇXR-in Rusiya kartlarını qəbul etməyi planlaşdırdığına dair suala cavab verərkən deyib.
“Hazırda Çin və Rusiyanın müvafiq maliyyə qurumları “Mir” ödəniş sistemi üzrə əməkdaşlıq imkanlarını araşdırır”, – səfir bildirib.
Çjan əlavə edib ki, Çin “Ödənişlərin rahatlığını yaxşılaşdırmaq üçün ödəniş xidmətlərinin daha da optimallaşdırılmasına dair rəylər” verir. Bu, Çinə, o cümlədən Rusiyadan olan xarici turistlərə ölkə daxilində ödənişlər üçün xarici bank kartlarını yerli ödəniş platformaları ilə əlaqələndirməyə imkan verir.
2023-cü ilin dekabrında ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaları pozan bankların cəzalandırılmasını sadələşdirmək səlahiyyətini Maliyyə Nazirliyinə verilən fərman imzalayıb. Bundan sonra bir sıra Çin bankları, o cümlədən idxalçılar üçün əsas hesablaşma mərkəzi olan “Zhejiang Chouzhou Commercial Bank” tərəfindən Rusiya Federasiyası ilə əməliyyatlar dayandırılıb. İyunun sonunda Çində altı regional bank birbaşa Rusiya ilə işləməyə başlayıb. Qeyd edək ki, Çin Xalq Bankı da milli valyutalarda əməliyyatların qəbulunu bərpa edib.