Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair hökumətlərarası saziş imzalayıblar.
Bu barədə Rusiya Energetika Nazirliyindən bildirilib.
“2023-cü il yanvarın 31-də Rusiya Federasiyası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Uzaq Şərq marşrutu üzrə Rusiya Federasiyasından Çin Xalq Respublikasına təbii qazın nəqli sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş təsdiq edilsin” – deyə hökumətlərarası sazişin ratifikasiyaya təqdim edilməsi haqqında hökumətin fərmanının layihəsində qeyd olunub.
O da bildirilib ki, saziş layihəsi təsdiqlənmək (ratifikasiya-red) üçün Rusiya Dövlət Dumasına təqdim olunacaq.