9 C
Baku
Thursday, November 28, 2024

Rusiya və Çin vahid beynəlxalq valyuta yaradacaqlar

Avrasiya İqtisadi İttifaqı və ÇXR dollardan istifadə etməklə hesablaşmalardan xilas olmağa imkan verəcək müstəqil pul-maliyyə sistemi yaratmağı planlaşdırır.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyevin sözlərinə görə, yaxın gələcəkdə yeni beynəlxalq valyuta peyda olacaq və bu sistemin fəaliyyəti ona əsaslanacaq. Layihənin martın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Çin və Aİİ-nin vahid beynəlxalq valyutasının yaranması dollar və avronun ehtiyat valyuta kimi fəaliyyətinin dayandırılması demək olacaq. Böyük ehtimal şərq iqtisadi bloku ABŞ iqtisadiyyatından nəzərəçarpacaq dərəcədə böyük olacaq. Ola bilsin ki, Aİİ üzvü olmayan Mərkəzi Asiyanın digər ölkələri də yeni valyuta sisteminə qoşula bilər. Söhbət Özbəkistan, Azərbaycan, Türkiyə və İrandan gedir. “Politexpert.net” yazır ki, ilk olaraq yeni valyuta rəqəmsal formada buraxılacaq.

Analitik Aleksandr Razuvayev qeyd edib ki, suverenliyin qorunması baxımından dövlətlərüstü valyuta daha məqbuldur.

Son xəbərlər
Digər xəbərlər