24 C
Baku
Monday, April 29, 2024

Rusiya və Çin XİN başçıları arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrovla Çin XİN rəhbəri Van İ arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hər iki ölkənin XİN başçıları bir sıra məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə ediblər.

Tərəflər həmçinin Qərb blokunun Rusiya və Çinə qarşı siyasətini qəbul etmədiklərini bildiriblər.

Nazirliyin sözlərinə görə, bu telefon danışığı zamanı Moskva ilə Pekinin dünyada baş verən hadisələrə yanaşmada eyni mövqedən çıxış etmələri bir daha təsdiqlənib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər