8 C
Baku
Friday, December 13, 2024

Rusiya və Çindən asılı olmayacağıq, İran XİN başçısı deyir

“İran Rusiyadan və Çindən asılı olmaq niyyətində deyil, bu ölkələrlə münasibətlər qarşılıqlı maraq əsasında inkişaf etdiriləcək”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan deyib.

Nazirin sözlərinə görə, balanslaşdırılmış xarici siyasətin əsas xüsusiyyətlərindən biri Tehranın milli maraqlarını maksimum dərəcədə artırmaq üçün dünyanın digər bölgələrində mövcud olan bütün imkanlardan istifadə etməkdir.

“Şərqə baxmaq qərb vektorundan tamamilə imtina etmək demək deyil. Qərb liderlərinə coğrafi olaraq Asiyada olduğumuzu, Çin, Rusiya və Hindistanın bizə yaxın olduğunu səmimi şəkildə bildirdik”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər