6 C
Baku
Saturday, December 14, 2024

Rusiya və Çinin ticarət dövriyyəsi 29% artıb

Bu ilin I rübündə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çox – 38,17 milyard ABŞ dolları təşkil edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə Çinin Rusiyaya ixracının dəyəri 25,9% artaraq 16,44 milyard dollar, Rusiyanın Çinə ixracının dəyəri isə 31 % artaraq 21,73 milyard dollar olub.

Təkcə mart ayında isə iki ölkə 11,66 milyard dollarlıq ticarət əməliyyatı aparıb. Ay ərzində Çindən Rusiyaya ixracın dəyəri 3,82 milyard dollar, Rusiyadan Çinə ixracın dəyəri isə 7,84 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər