İrəvan və Moskva turizmin inkişafı üzrə yol xəritəsi imzalayıblar.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan imzalanma mərasimi zamanı rusiyalı həmkarı Dmitri Vaxrukova deyib ki, Ermənistan təkcə kilsələr və müxtəlif mənzərələrdən ibarət deyil.
“Biz 2 yeni xizək kurortu açmışıq, üçüncüsü tikilir, yelkənli idman da var, forum iştirakçılarını Ermənistana dəvət edirəm”, – o qeyd edib.