9 C
Baku
Friday, December 13, 2024

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ razılaşmasının icra vəziyyətini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı XİN başçıları noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının icra vəziyyətini müzakirə ediblər.

Qeyd olunub ki, tərəflər regionda mürəkkəb humanitar vəziyyətə və ondan irəli gələn məsələlərin həllinə xüsusi diqqət ayırıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər