15 C
Baku
Saturday, April 20, 2024

Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Məlumatı “news.am” yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın reallaşmasını müzakirə ediblər.

Tərəflər Azərbaycanla Ermənistan arasında demarkasiya üzrə komissiyanın yaradılmasını və sərhəddə təhlükəsizlik məsələlərini, eləcə də regionda iqtisadi əlaqələri, kommunikasiya məsələlərindən danışıblar.

 

 

Son xəbərlər
Digər xəbərlər