15 C
Baku
Sunday, November 24, 2024

Rusiya və Hindistan SWIFT-in analoqunu yaradıblar

Rusiyanın VEB.RF bankı və Hindistanın Ehtiyat Bankı ölkələr arasında hesablaşmalar üçün öz beynəlxalq köçürmələr sisteminin yaradılması üzrə işləri başa çatdırıblar, bu barədə Hindistanın “Economic Time” qəzeti məlumat verib.

Yeni sistem “rupi və rublla əməliyyatlar üçün idxal və ya ixrac sənədlərinin rahat ötürülməsini” təmin etmək üçün bir həftə ərzində tətbiq oluna bilər. Nəşrin məlumatına görə, Hindistan Rusiyaya tranzaksiya platformaları üçün bir neçə variant təklif edib. Son versiya Hindistan Ehtiyat Bankının və VEB.RF-nin baş qərargahında quraşdırılacaq.

Nəşr onu da bildirir ki, Rusiya və Hindistan mərkəzi banklarının nümayəndələri aprelin əvvəlində tənzimləyici bazanı müzakirə etmək üçün görüşəcəklər. İclasda həmçinin ikitərəfli ticarət və bank əməliyyatlarını təmin etmək üçün istifadə oluna biləcək hüquqi alətlər müzakirə olunacaq.

Hindistan Rusiya neftindən və silah təchizatından asılı olduğu üçün ikitərəfli ticarəti davam etdirməkdə maraqlıdır.

Son xəbərlər
Digər xəbərlər