9 C
Baku
Monday, November 18, 2024

Rusiya və İran “Mir” və “Shetab” ödəniş sistemlərinin inteqrasiyasını başa çatdırıblar

Rusiya və İran mərkəzi bankları “Mir” və “Shetab” ödəniş sistemlərinin inteqrasiyası mərhələlərinin işlənib hazırlanmasını başa çatdırıblar. İran tənzimləyicisinin rəhbəri Məhəmməd Rza Fərzin bildirib ki, yaxın gələcəkdə Rusiya vətəndaşları İranda “Mir” kartları ilə sərbəst ödəniş edə biləcəklər.

İyulun 4-də Məhəmməd Rza Fərzin Sankt-Peterburqda keçirilən maliyyə konqresində iştirak edib və Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə danışıqlar aparıb. Görüş zamanı tərəflər Rusiyanın “Mir” ödəniş sisteminin İranın “Shetab”ına qoşulması tələbləri üzərində işi başa çatdırıblar.

İran Mərkəzi Bankının rəhbərinin izah etdiyi kimi, inteqrasiyanın üç mərhələdə baş tutacağı güman edilir. Avqustun sonunda başlayacaq birinci mərhələdə İranın “Shetab” şəbəkəsinin bank kartları Rusiyanın bütün bankomatlarında istifadə olunmağa başlayacaq. İkinci mərhələdə sistem İrandakı Rusiya vətəndaşlarının maraqlarına uyğun işə salınacaq. Üçüncü mərhələdə İranın “Shetab” kartları Rusiya mağazalarında işləməyə başlayacaq.

İran və Rusiya Federasiyası arasında “Mir” kartları ilə bağlı ilk danışıqlar 2022-ci ildə aparılıb. İkitərəfli sazişlər 2023-cü ildə bağlanıb. İrandan başqa Misir, Monqolustan, Hindistan, Şri-Lanka, İndoneziya və Mavrikiya “Mir”i qəbul etməyə başlamağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər