8 C
Baku
Sunday, November 17, 2024

Bu ölkələr viza rejimini qarşılıqlı ləğv etməyi planlaşdırır

Rusiya Baş nazirinin müavini, Rusiya-İran müştərək iqtisadi komissiyanın həmsədri Aleksandr Novak İrana səfər edəcək.

Bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.

Aleksandr Novak səfər çərçivəsində İran prezidentinin müavini ilə görüşəcək.Mehdi Səfəri qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında maliyyə və iqtisadi sahədə əməkdaşlıq, tranzit problemlərinin həlli, neft və qaz sahəsində əməkdaşlıq, eləcə də viza rejiminin qarşılıqlı ləğvi ilə bağlı danışıqlar aparılacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər