15 C
Baku
Thursday, May 9, 2024

Rusiya və Qərb arasında iqtisadi müharibə kritik həddə çatıb

Rusiya və Qərb ölkələri arasında iqtisadi müharibə kritik həddə çatıb.

Bu haqda Britaniyanın “The Economist” jurnalı yazıb.

Məqalədə bildirilir ki, Ukraynada başladılan müharibədən sonra iqtisadi çətinliklərə baxmayaraq, Rusiyanın tənəzzüldən xilas olma ehtimalı yüksəkdir.

“The Economist” ABŞ-ın transmilli bankı “Goldman Sachs”-ın məlumatlarına istinadən edərək, Rusiyanın böhrandan qurtula biləcəyini diqqətə çatdırıb.

Məlumata əsasən, Rusiyada iqtisadi fəaliyyət Avropa ölkələrini xeyli üstələyir. Məsələn, avtomobil sənayesində istehsalın həcmi bir neçə ay əvvəl demək olar ki, sıfıra düşmüşdü. Artıq bu problem aradan qalxıb. Bu, həm də istehsalçıların Qərb ölkələrindən gələn tədarükləri əvəz edə bildiyini göstərir.

Bundan əlavə, bu gün Rusiyaya dollarla hesablanan aylıq mal idxalı demək olar ki, ötən ilin orta göstəricisini üstələyir.

Həmçinin qeyd olunub ki, Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün Rusiya iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb. Belə ki, aprel ayında Rusiyada ÜDM-nin 8.5% azalacağı gözlənilirdi. İndi bu göstəricinin 3.4% azalacağı ehtimal edilir.

Sonda “The Economist” nəşri vurğulayıb ki, hazırkı şəraitdə Rusiya üçün sevinəcək heç nə yoxdur, amma sanksiyalar fonunda qeydə alınan iqtisadi azalma Qərbin gözlədiyi effekti hələ də verməyib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər