14 C
Baku
Wednesday, November 12, 2025

Rusiya və Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə imzalayıb

Rusiya və Qazaxıstan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığa və müttəfiqliyə keçidi haqqında Bəyannamə imzalanıb.

Sənəd Kremldə keçirilən Vladimir Putin və Kasım Jomart Tokayev danışıqlarının yekununda imzalanıb.

Putin bildirib ki, ölkələrin qarşılıqlı ticarətində milli valyutaların payı 90%-i keçib.

Putin qeyd edib ki, Qazaxıstanda rus dilinin geniş və sərbəst istifadəsi Rusiya üçün məmnunluq mənbəyidir.

Tokayev isə atom elektrik stansiyasının tikintisi layihəsi də daxil olmaqla, Rosatom ilə səmərəli əməkdaşlığı qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər