9 C
Baku
Friday, December 13, 2024

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarının sabitləşməsinə dair bəyanat imzalayıb

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabir sərmayə səviyyəsinin təmin olunması məqsədilə digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.

“TASS”a istinadən xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakov və Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh tərəfindən imzalanmış, ölkələrin birgə bəyanatında deyilir.

“Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabir sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı öıkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaıiyyət göstərmək haqqında razılığa gəliblər”, – bəyanatdfa deyilir.

Bundan başqa, nazirlər neft bazarında vəziyyət üzrə konsultasiyaların davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması haqqında razılığa gəlib. Həmin işçi qrup neft bazarının fundamental göstəricilərini izləyəcək və bazarın sabitliyini təmin etmək üçün tədbirlər və birgə fəaliyyət üzrə tövsiyyələr hazırlayacaq.

Report

Son xəbərlər
Digər xəbərlər