26 C
Baku
Tuesday, April 30, 2024

Rusiya və Şimali Koreya liderləri arasında görüş başlayıb

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnlə ikitərəfli görüşü başlayıb.

Görüşün protokol hissəsində liderlər çıxış ediblər.

Putin Kim Çen İni Rusiyaya səfərində qəbul etməkdən çox məmnun olduğunu bildirib.

Qeyd edib ki, onun Kim Çen Inla görüşü önəmli vaxtda baş tutur. Putin Koreya Xalq Demokratik Respublikasının yaradılmasının 75-ci ildönümünə işarə edib, bildirib ki, KXDR-i ilk tanıyan SSRİ olub.

Putin KXDR-in Koreya müharibəsində qələbəsinin ildönümünü əlamətdar tarix adlandırıb və SSRİ-nin yardım göstərdiyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər