“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.
M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır.