8 C
Baku
Sunday, November 17, 2024

Rusiya və Türkiyə iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər

Rusiya Baş nazirinin müavini Aleksandr Novakla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib.

Görüşdə tərəflər iqtisadiyyatın əsas sahələrində ölkələr arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər.

Rusiya ilə Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və inkişaf etməkdə davam etdiyi qeyd edilib. Rəsmilər ölkələr arasında nəqliyyat sektoru və logistika, sənaye və kənd təsərrüfatı, turizm sahələrində inkişaf edən əməkdaşlığı müzakirə ediblər.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlıqda enerji sektoru xüsusi yer tutur. Belə ki, “Türk axını” və “Mavi axın” qaz kəmərləri uğurla fəaliyyət göstərir, Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisi davam edir. Görüşün yekunları üzrə tərəflər iqtisadiyyatın əsas sektorlarında ölkələrin qarşılıqlı fəaliyyətini genişləndirmək niyyətlərini bildiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər