15 C
Baku
Saturday, April 20, 2024

Rusiya və Türkiyə müdafiə nazirləri Suriya və Ukraynanı müzakirə edib

Rusiya və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə Ukrayna və Suriyanı mövzusunu müzakirə edib.

“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il iyunun 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb. Əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi və dəyərləndirmələrə yönəldilib. Müdafiə nazirləri Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyi məsələlərini ətraflı müzakirə ediblər. Suriyada regionda uzunmüddətli sabitliyin qorunmasına yönəlmiş sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi də qeyd edilib”, deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər