8 C
Baku
Sunday, November 17, 2024

Rusiya və Türkiyə “taxıl sazişi”nin paket xarakterini təsdiqləyib

“Taxıl sazişi”nin paket xarakteri dekabrın 8-9-da İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal arasında keçirilən məsləhətləşmələr zamanı təsdiqlənib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iyulun 22-də imzalanan İstanbul razılaşmasını nəzərdən keçiriblər: “Sazişin paket xarakteri, yəni Ukrayna ərzaq məhsullarının ixracı üzrə Qara dəniz təşəbbüsü, Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına dair Rusiya-BMT memorandumu təsdiqlənib”.

Qeyd edilib ki, “taxıl sazışi”nin icrası ilk növbədə Afrika, Asiya və Latın Amerikasının kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələrinə yardım göstərəcək, həmçinin qlobal ərzaq təhlükəsizliyini təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər