23 C
Baku
Monday, September 16, 2024

Rusiya və Türkiyə turistlər üçün aviareyslərin sayının artırılması barədə razılığa gəlib

Rusiya və Türkiyə turistlər üçün aviareyslərin sayını artırmaq barədə razılığa gəliblər.

Bu barədə “Hürriyet” qəzeti Türkiyə prezident administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Bununla belə, nəşr uçuşların sayının nə qədər artırılacağını və başlayacağı vaxtı dəqiq göstərməyib.

Qeyd edək ki, ötən il Rusiyadan Türkiyəyə 5 milyona yaxın turist yollanıb. Türkiyə rəsmiləri daha əvvəl 2023-cü il turizm mövsümündə 7 milyondan çox rusiyalını cəlb etmək istədiklərini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər