2025-ci ildə Müstəqil Dövlətlər Birliyində Rusiya və Türkmənistan həmsədr olacaqlar, sonuncu gələcək sədr kimi, Aşqabadın artıq razılığı alınıb.
Bu barədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
“Dar formatda gələn il Müstəqil Dövlətlər Birliyində sədrlik barədə qərar qəbul edilib. Rusiya sədrliyi Tacikistan Respublikasına təhvil verir və yanvarın 1-dən Tacikistan Birliyin bütün ali orqanlarına sədrlik edəcək. Bu, Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, MDB-nin İqtisadi Şurasıdır. Diqqətəlayiq haldır ki, həmsədr qismində Rusiya Federasiyası keçmiş sədr kimi və Türkmənistan gələcək sədr kimi çıxış edəcəklər – biz artıq Türkmənistan rəhbərliyindən razılıq almışıq ki, onlar 2026-cı ildə sədrliyi qəbul etməyə hazırdırlar”, – Lebedev bildirib.