11 C
Baku
Tuesday, November 26, 2024

Rusiya və Ukrayna savaşı baş verərsə… – Hərbi güc nisbəti necədir?

Rusiya və Ukrayna arasında gərginlik artıq müharibənin bir addımlığına qədər gəlib.
ABŞ hər gün Rusiyanın Ukraynaya müharibə elan edəcəyini desə də, Kreml rəsmi olaraq bunu təkzib edib. Buna baxmayaraq, Rusiya Ukrayna ilə sərhəddə xeyli sayda əsgər və hərbi sursat yığmağa davam edir. Bu məqamda iki ölkənin hərbi qüvvələri də maraq doğurur.
Bu müharibə baş verərsə, müharibəni hansı ölkə qazana bilər?
Bu iki ölkənin hərbi gücü arasındakı statistik göstərici kəskin fərqlənir.
2 və 25-ci yerlər
Dünya ölkələrinin hərbi güc reytinqini araşdıran “Global Firepower” 2021-ci ilə aid reytinq göstəricisisinə görə, Rusiya ordusu dünyanın ikinci ən böyük ordusu hesab olunursa, Ukrayna ordusu 25-ci sırada qərarlaşır.
Rusiyanın xeyrinə 759 min nəfər
Ümumilikdə 141 milyon əhalisi olan Rusiyanın ümumi hərbi personalı 3 milyon 569 min, aktiv əsgərlərinin sayı isə 1 milyon 14 min nəfərdir. Təxminən 44 milyon əhalisi olan Ukraynanın ümumi hərbi personalı 1 milyon 245 min, fəal əsgərlərinin sayı isə 255 min nəfərdir. İki ölkə arasında aktiv kadrların sayındakı fərq Rusiyanın xeyrinə 759 min nəfərdir. Rusiyanın ehtiyat kadrları iki milyon, Ukraynanın ehtiyat kadrları 900 min nəfərdir. Hərbiləşdirilmiş güc baxımından Rusiya 555 min, Ukrayna isə 90 min səviyyəsindədir.
Təbii ki, belə olan vəziyyətdə Rusiya və Ukrayna arasındakı müdafiə xərcləri də kəskin fərlənir.
Rusiyanın müdafiə xərcləri 42 milyard 149 milyon, Ukraynanın müdafiə büdcəsi isə 9 milyard 600 milyon dollardır.
İki ölkənin valyuta ehtiyatları
Bu iki ölkənin ekonomik vəziyyətinə gəldikdə isə Ukraynanın xarici borcu Rusiyadan daha azdır.
Ukraynanın xarici borcu 130 milyard dollar olduğu halda, Rusiyanınki 539 milyard 600 milyon dollardır. Xarici borc baxımından Ukrayna Rusiyadan 409 milyard 600 milyon dollar daha yaxşı vəziyyətdədir. Digər tərəfdən Rusiyanın 432 milyard 700 milyon dollar valyuta ehtiyatı olduğu halda, Ukraynanın valyuta ehtiyatı 18 milyard 810 milyon dollardır.
Ölkələrin hərbi texnikaları 
Rusiyanın 789, Ukraynanın isə 42 döyüş təyyarəsi var. Qlobal atəş gücü reytinqində dünyada ikinci yerdə olan Rusiyanın 742, Ukraynanın 25 hücum təyyarəsi var. Bundan əlavə, Rusiyanın 1540, Ukraynanın isə 111 helikopteri var. Hücum helikopterlərinə gəlincə bu rəqəm Rusiyada 538, Ukraynanın isə 34-dür. Tank gücünə görə dünyada lider olan Rusiyanın 13 min, Ukraynanın isə 2430 tankı var. Rusiyanın 27 min, Ukraynanın 11 min 435 zirehli maşını var. Özüyeriyən artilleriyaya görə dünyada birinci yerdə olan Rusiyanın 6 min 540, Ukraynanın isə 785 topu var. Rusiyanın 4465, Ukraynanın isə 2040 yedəkli artilleriyası var.
Ukraynanın təyyarədaşıyan gəmisi yoxdur, Rusiyanın isə təyyarədaşıyan gəmisi var. Rusiyanın 64 sualtı qayığı olduğu halda, Ukrayna ordusunun sualtı qayığı yoxdur. Eynilə, Rusiyanın 15 esminesi olduğu halda, Ukrayna ordusu üçün bu rəqəm sıfra bərabərdir. Ukraynanın bir, Rusiyanın isə 11 freqatı var. Rusiyada 85, Ukraynada isə 0 korvet var. Rusiya 48 mina gəmisinə sahib olduğu halda, Ukraynanın inventarında bu gəmi yoxdur.
MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər