15.4 C
Baku
Friday, May 16, 2025

Rusiya və Ukraynanın İstanbul danışıqları yekunlaşıb

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü başa çatıb. Danışıqlar iki saata yaxın davam edib, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəislərinin müavinləri Mixail Qaluzin və Aleksandr Fomin, həmçinin Baş Qərargah İdarəsinin rəisi İqor Kostyukov təmsil edib.

Ukraynanın nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya və başqaları daxil olub. Daha əvvəl Ukrayna nümayəndə heyəti ABŞ və Türkiyə nümayəndələri, Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri, həmçinin Amerika liderinin xüsusi elçisi Keyt Kelloqla görüşüb.

Son xəbərlər
Digər xəbərlər