Bu ilin I yarısında Rusiya vətəndaşları köhnə borclarını qaytarmaq üçün rekord məbləğdə – 68,3 mlrd. rubl (təxminən 1,8 mlrd. ABŞ dolları) kredit götürüb.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə “Ekvifaks” kredit tarixlərinin araşdırılması börosundan bildirilib.
Böronun məlumatına əsasən, hesabat dövründə Rusiyada yenidən maliyyələşdirmə məqsədi ilə götürülən istehlak kreditlərinin orta məbləği illik müqayisədə 17% artaraq 520 min rubl (təxminən 13,5 min dollar) təşkil edib. Son 1 ildə bu məqsədlə bağlanılan müqavilələrin sayı isə təxminən 42% artaraq 92 mindən 131 minə çatıb.
Nəticədə yenidən maliyyələşdirilən məqsədli istehlak kreditlərinin ümumi kredit portfelində payı 0,8%-dən 2,3%-ə yüksəlib.