18 C
Baku
Tuesday, April 23, 2024

Rusiya vətəndaşlarının kredit borcları 220 mlrd. dollara çatıb

2017-ci ildə Rusiya banklarının kredit portfeli 9% artaraq 12,5 trln. rubla (təxminən, 220 mlrd. ABŞ dolları) çatıb.

Rusiya mətbuatına istinadən, bu barədə ölkənin Birləşmiş Kredit Bürosu məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, ötən il götürülmüş yeni kreditlərin ümumi məbləği əvvəlki illə müqayisədə 37% artaraq 5,7 trln. rubl (təxminən, 100 mlrd. dollar) təşkil edib. Hesabat dövründə kreditlərin sayı 12% artaraq 34,8 mln. ədədə, kredit kartlarının sayı isə 8% artaraq 8,65 mln. ədədə çatıb. Kartların limiti 544,5 mlrd. rubl (təxminən, 10 mlrd. dollar) təşkil edib.

Son nəticədə Rusiyada kreditlərin ümumi daxili məhsula nisbəti 13,9% olub. Xatırladaq ki, Azərbaycanda bu göstərici 17%-ə yaxındır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər