Kreml rusiyalıların ölkədən çıxışına məhdudiyyətlərin tətbiqi imkanını müzakirə etmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu, Kremldə müzakirə olunmur”, deyə o, ölkədən çıxışa yeni məhdudiyyətlərin tətbiqinin mümkün olub-olmaması və Kremldə belə variantlara baxılması barədə suala cavabında deyib.