12 C
Baku
Wednesday, December 11, 2024

Rusiya vətəndaşlarının valyuta tələbi son 2 ildə maksimuma çatıb

Rusiya vətəndaşları bu ilin  sentyabr və oktyabr aylarında gəlirlərinin 5,4%-ni valyuta almağa yönəldiblər.

“Gazeta.ru”ya istinadən xəbərə görə, bu, 2014-cü ilin dekabr ayında ölkədəki maliyyə böhranından sonra ən yüksək göstəricidir. Belə ki, bundan əvvəlki 20 ay ərzində əhalinin gəlirlərinin 2,8-5%-i xarici valyutanın alınmasına istiqamətlənib. Bu barədə məlumatı “Rosstat” yayıb. Beləliklə, bu ilin ilk 3 rübündə əhalinin müvafiq olaraq gəlirlərinin 3,7- 3,8 və 4,5%-i xarici valyutaya yönəlib.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, əhalinin real gəlirləri illik müqayisədə 2 ildir azalmaqda davam edir və oktyabrda bu sürətlənərək 5,9%-ə çatıb. Sentyabrda bu göstərici 1,5% olub. Rusiya vətəndaşlarının gəlirləri azalsa da valyutaya tələb artır. Bunu valyuta bazarı analitikləri ənənəvi olaraq ilin son ayında xarici valyutanın məzənnəsinin yüksəlməsi və rublun depozitlərinə verilən faizin aşağı düşməsi ilə izah ediblər.

Xatırladaq ki, Azərbaycanda bu il sentyabr ayında əhalinin gəlirlərinin 4,3%-i , oktyabr ayında 5,1%-i xarici valyuta alınmasına yönəldilib.

Report

Son xəbərlər
Digər xəbərlər