6 C
Baku
Friday, February 27, 2026

Rusiya vətəndaşlarının yarıdan çoxu “dördgünlük” iş həftəsini dəstəkləyir

Rusiya vətəndaşlarının demək olar ki, yarıdan çoxu “dördgünlük” iş həftəsinə keçmək üçün daha intensiv işləməyə hazır olduqlarını bildirib. 

Bu barədə “HeadHunter”in Rusiyada keçirdiyi rəy sorğusunun yekun hesabatında bildirilib. 

Sorğu iştirakçılarının üçdə ikisi yeni iş qrafikinin tətbiqini dəstəklədiklərini deyib. Respondentlərin yalnız dörd faizi “dördgünlük” iş qrafikinə qarşı çıxıb.

Rəyi soruşulanların 59 faizi isə cümə gününü də istirahət etmək istəklərində olduqlarını açıqlayıblar.  

©APA

Son xəbərlər
Digər xəbərlər