11 C
Baku
Saturday, November 16, 2024

Rusiya Venezueladan külli miqdarda pul daşınmasında iştirak edib

Banker.az saytının verdiyi məlumata görə, son üç il ərzində Rusiyaya Venezueladan nağd olaraq milyard bolivar pul gətirilib. Bu haqda məlumatı isə, bu faktı öz araşdırması gedişində aşkar edən “Republic” saytı verib.

Bir neçə mənbənin verdiyi məlumata görə, külli miqdarda nağd vəsait Rusiyaya şəxsi təyyarə və dəniz konteynerlərində daşınırmış. Bu zaman kəsiyində Venezuela valyutası qara bazarda 50 dəfə ucuzlaşırdı, Rusiyada isə ikinci əl bolivar bazarı formalaşırdı. Bu pullarla isə adətən internet-forumlarda alış-veriş edilir. Alış-verişdə iştirak edən tərəflər isə niyyətlərinin ciddi olduğunu bir-birinə sübut etmək üçün bolivarlarla dolu otağın şəklini və yaxud videosunu təqdim edirlər.

Republic saytının aşkar etdiyinə əsasən, Venezueladan nağd vəsaitləri ölkədə fəaliyyət göstərən rus şirkətləri çıxara bilib. Onların müqavilələri dollar ilə bağlanmasına baxmayaraq, adətən məhsul və xidmətlərin dəyəri bolivar ilə ödənilirdi. Bir çox insanın bolivarı dollara dəyişə bilməməsindən şikayət etməsi də bəllidir.

Bolivarı dollara dəyişə bilməyən rus şirkətləri onları Rusiyaya göndərirmişlər və nəticədə bu pullar onları endirim ilə satan şəxslərin əlinə düşürdü. Republic nəşrinin mənbələri bildirir ki, Rusiyada bolivarların nəhəng alıcıları qismində “Rosneft” ilə əlaqəsi olan və Venezuselada biznes idarə edən strukturlar çıxış edə bilər.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Venezuelanın daxili işlər naziri Nestor Reverol ölkədə fəaliyyət göstərən əcnəbi şirkətləri cinayətkar qrupların köməkliyi ilə nağd pulları ölkədən daşımaqda ittiham etmişdi. Onun sözlərinə görə, ölkədən 300 milyard bolivar çıxarılıb. Venezuela valyutasında nəhəng pullar Kaliforniya, İsveçrə, Polşa, Ukrayna, İspaniya, Almaniya və Çexiyada aşkar edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər