2 C
Baku
Saturday, December 14, 2024

Rusiya “Visa” və “MasterCard”dan imtina edir

Rusiya Mərkəzi Bankı bütün kommersiya banklarına iyul ayının 1-dən etibarən yerli “Mir” ödəniş sisteminə keçidlə bağlı tapşırıq verib. TASS agentliyi xəbər verir ki. göstərilən tarixdən Rusiyanın milli ödəniş sistemi tam funksiyalı iş rejiminə keçirilir.

Qeyd olunur ki, bir çox banklar buna hazır olmasalar da, artıq tarix bəllidir və göstərişə əməl olunmalıdır.

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalarla bağlı Qərb mətbuatında mənzil-qərargahları ABŞ-da yerləşən “Visa” və “MasterCard” ödəniş sistemlərinin qonşu ölkədə fəaliyyətlərinin dayandılrılması və bununla da, Rusiya bank sisteminə sarsıdıcı zərbənin vurulması barədə söhbətlər dolaşırdı. Sonradan “Visa” və “MasterCard” belə planlarının olmadığını bildirsələr də, Rusiya hökuməti milli ödəniş sisteminin hazırlanaraq işə salınması barədə Mərkəzi Banka tapşırıq vermişdi.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər