12 C
Baku
Sunday, October 27, 2024

Rusiya viza rejiminin sadələşdirilməsi ilə bağlı 18 ölkə ilə danışıqlar aparır

Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru İvan Volınkin bildirib ki, Rusiya təxminən 18 ölkə viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır. Onlar arasında Latın Amerikası və Karib hövzəsinin bəzi dövlətləri, Malayziya, Çin və Honkonq var.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Rusiya Xarici İşlər Nazirliyi xarici dövlətlərlə viza rejiminin sadələşdirilməsi üzərində daim çalışır – hazırda təxminən 18 ölkə nəzərdən keçirilir”, – deyə İvan Volınkin söyləyib.

Qeyd edək ki, Rusiya pasportu yenilənmiş “Henley & Partners” reytinqində 50-ci yeri tutub: rəsmi olaraq o, 119 ölkəyə vizasız səfər etməyə imkan verir. Buna baxmayaraq, şirkətin ekspertləri bildirirlər ki, əslində “Rusiya vətəndaşlarının indiki kimi dünya ilə əlaqəsi heç vaxt kəsilməyib”.

Son xəbərlər
Digər xəbərlər