Maliyyə qurumlarına irihəcmi kiberhücumları ilə tanına “Cobalt” xaker qruplaşması 2017-ci ildə fəaliyyət dairəsini genişləndirib.
Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Positive Technologies” şirkətinin hesabatında bildirilir.
Hesabata əsasən, bu ilin I yarısında “Cobalt” 12 ölkədən 250 şirkətin 3 min təmsilçisinə viruslu məktub göndərib. Hücum obyekti olan şirkətlər ənənəvi MDB, Şərqi Avropa və Cənubi- Şərqi Asiya regionu ilə yanaşı Şimali və Cənubi Amerika, Qərbi Avropa regionlarında da fəaliyyət göstərir. İndi qruplaşmanın maraqlarında təkcə banklar deyil, birjalar, sığorta şirkətləri, investisiya fondları və digər təşkilatlar da var.
Ekspertlər xakerlərin metodlarının inkişaf etdiyini bildirilər. Hazırda “Cobal” banklara hücum etməzdən əvvəl onun tərəfdaşlarının infrastrukturunu sındırır. Bütün hücumların ¼-i dövlət orqanlarının, sənaye şirkətlərinin, telekommunikasiya operatorlarının və tibb sahəsindən olan şirkətlərin payına düşür.
“Qeyri-maliyyə orqanlarına hücum banklara hücum üçün tramplindir. Belə ki, zərərverən banka tənzimləyicinin yaxud tərəfdaşının adından viruslu məktub göndərə bilər”- “Positive Tecnologies”in ekspert xidmətləri üzrə mərkəzinin direktor müavini Aleksey Novikov qeyd edib.
Onun sözlərinə görə, maliyyə-kredit təşkilatları kiberhücumlara qarşı dövlət orqanları və sənaye şirkətlərinə nisbətən daha yaxşı mühafizə olunur.