25 C
Baku
Wednesday, October 5, 2022

Rusiya xarici vətəndaşların işlə təmin edilməsi üzrə icazə verilən kvotanı təsdiqləyib

Rusiya hökuməti 2020-ci il üçün iqtisadiyyatın müxtəlif sahələrində xarici vətəndaşların işlə təmin edilməsi üzrə icazə verilən kvotanı təsdiqləyib.

Report agentliyi RT-yə istinadən xəbər verir ki, müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub.

Qərara əsasən, quruda sərnişin nəqliyyatı və avtomobil yükdaşıma nəqliyyatı sahələrində miqrantların icazə verilən payı 26%, idman sahəsində isə 25% olmalıdır.

Tərəvəz yetişdirmə sahəsində Rusiyanın bütün bölgələri üzrə miqrantların payı 50%-dən çox olmamalıdır.

Bundan əlavə, hökumət tikinti sənayesində miqrantların məqbul payını işçilərin ümumi sayının 80%-i səviyyəsində saxlayıb.

Ancaq bu norma Buryatiya, Amur vilayəti və Moskva ərazisində tətbiq edilməyəcək, Dağıstan ərazisində isə 50% təşkil edəcək.

Son xəbərlər
Oxşar xəbərlər