11 C
Baku
Monday, November 25, 2024

Rusiya Xerson şəhərindən çıxardığı hərbçi və texnika sayını açıqlayıb

30 mindən çox Rusiya hərbçisi, 5 minə yaxın silah və hərbi texnika Dnepr çayının sol sahilinə çıxarılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin qeyd olunub ki, hazırda Dnepr çayının sağ sahilində toplanan Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına Rusiya Silahlı Qüvvələri tərəfindən zərbələr endirilir.

Qeyd edək ki, Rusiya MN qoşunlarının Xersondan çıxarılmasının başa çatdığını açıqlayıb. Bildirilib ki, Dnepr çayının sağ sahilindən sol sahilinə Rusiya Qoşunlarının köçürülməsi başa çatıb.

Son xəbərlər
Digər xəbərlər