9 C
Baku
Thursday, December 12, 2024

Rusiya XİN: ABŞ sərhədlərimizdə yeni gərginlik ocaqları yaratmağa çalışır

Rusiya Gürcüstan və Moldovadakı vəziyyətdən narahatdır, çünki ABŞ sərhədlərimizdə yeni gərginlik ocaqları yaratmağa çalışır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Biz Gürcüstan və Moldovadakı vəziyyətdən narahatıq, çünki bunlar Amerikadan uzaq olan ölkələrdir və ABŞ onlara nə edib-etməməyi diktə etməyə çalışır. Bunlar bizim yaxın qonşularımızdır və biz görürük ki, Birləşmiş Ştatlar öz sattelitləri ilə sərhədlərimizdə getdikcə daha çox gərginlik ocaqları yaratmağa çalışırlar”, – rusiyalı diplomat vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər