13 C
Baku
Monday, May 6, 2024

Rusiya XİN: Aİ-nin Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışıb.

Diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qaluzin qeyd edib ki, “Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusunu müzakirə edərkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir. Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər