8 C
Baku
Saturday, December 3, 2022

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiya tərəfi baş verən eskalasiyadan narahatlığını bildirib.

“Biz hədsiz narahatlığımızı bildiririk, tərəfləri vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və atəşkəsə ciddi riayət etməyə çağırırıq, Bakı və İrəvanla sıx təmasdayıq.

Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nəticəsində əldə olunan razılaşmanın tam şəkildə yerinə yetiriləcəyini gözləyirik.

Bütün mübahisəli problemlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, deyə bəyanatda qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X