27 C
Baku
Saturday, July 27, 2024

Rusiya XİN Azərbaycanın separatçıları həbs etməsinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanın həbs edilməsinə münasibət bildirib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskva hansısa tədbir görürmü?” sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib.

 

“Siz deyəsən qarışdırırsınız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini xatırladıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər