-3 C
Baku
Sunday, December 15, 2024

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (RF XİN) Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının, regionda nəqliyyat kommunikasiyalarının açılmasının və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Bu barədə RF XİN kollegiyasının “Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı haqqında” mövzusunda iclası barədə mediaya verilən məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya üçün prioritet Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması olub və indi də belədir. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tam həyata keçirilməsinə nail olmağa davam etməyin zəruri olduğu qeyd edilib.

İclas zamanı bölgənin koordinasiyasının və özünü təmin etməsinin gücləndirilməsi problemləri, ilk növbədə xaricdən müdaxilə olmadan bölgələrin özləri tərəfindən həll edilməsi maraqları baxımından nəzərdən keçirilib. Bu kontekstdə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımların atılması nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər